“Nikol Paşinyan heç bir anti-Rusiya addımı atmayıb. Lakin o, hələ də anlamır ki, təkcə Qərblə və ya Rusiya ilə məsələ həll olunmur”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri erməni ekspert Tatevik Ayrapetyan deyib.
O Ermənistan hökumətinə çağırış edərək, Azərbaycandan nümunə götürməsini istəyib. “Baxın Azərbaycana. Bir gündə həm İranla təlimlər keçir, həm də İsraillə strateji əməkdaşlığını davam etdirir, nazirini Təl Əvivə göndərir. Dünyada yeni qüvvələr var. Onlarla Azərbaycan kimi ortaq şəkildə anlaşa bilməsək, Ermənistan olmayacaq”.
Fərda Uğur