Erməni ekspert: “Azərbaycan və Türkiyə kimi özümüz silah istehsal etməliyik”

Erməni ekspert: “Azərbaycan və Türkiyə kimi özümüz silah istehsal etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün dünyada vəziyyət getdikcə dəyişir. Ermənistan da dünyanın bir parçası olaraq, silahlanma prosesində aktiv olmalıdır”.

Tribunainfo.az bildirir ki, bunu erməni ekspert Arsen Sahakyan deyib.

Onun sözlərinə görə, qarşıda Ermənistanı çox çətin günlər gözləyir. “Bizi qarşıda müharibə gözləyir. Biz tez bir zamanda silah təhcizatı məsələsini həll etməliyik. Türkiyə və Azərbaycan kimi, daxildə silah istehsalına başlamalıyıq ki, böyük müharibə zamanı başqalarına möhtac qalmayaq”.