Erməni ekspert: “Azərbaycan Ordusu elə təlimlər keçir ki…”

Erməni ekspert: “Azərbaycan Ordusu elə təlimlər keçir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun davamlı olaraq hərbi təlimlər keçirməsi ermənilərin yuxusunu ərşə çəkib. Tribunainfo.az xəbər verir ki, Türkiyə ilə keçirilən son təlimlər isə daha çox narahatlığa səbəb olub.

Erməni ekspert Tatevik Ayrapetyan bildirib ki, Azərbaycanın keçirdiyi təlimlər xüsusidir. “Azərbaycan əlverişsiz hava şəraitində meşəlik və dağlıq ərazidə mümkün hərbi əməliyyatlar üçün çox intensiv təlimlər hazırlayır və keçirir”.

O, belə təlimlərin məqsədli hazırlaşma üçün zəmin yaratdığını qeyd edib. Ayrapetyan iddia edib ki, guya, bu, yeni müharibə hazırlığından xəbər verir.