Erməni ekspert: “Azərbaycan Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrilib”

Erməni ekspert: “Azərbaycan Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiki Ermənistan hakimiyyətinin fəaliyyəti nəticəsində Azərbaycan öz şərtlərini diktə edərək, mahiyyətcə “Ermənistanın təhlükəsizliyinin təminatçısı”na çevrilib. İş o yerə çatıb ki, Bakı Ermənistanın daxili işlərinə, daxili siyasi qanunvericiliyinə qarışmağa çalışır”.

Tribunainfo.az xəbər verir ki, bunu politoloq Suren Zolyan deyib.

O qeyd edib ki, Paşinyan Azərbaycan rəsmilərinin tezislərini ardıcıl olaraq təkrarlayır. “Dövlət sərhədləri daim dəyişir, “kadastr kağızı” deyilən bir şey yoxdur. Sərhədlər qüvvələr balansı ilə müəyyən edilir. Suriyanın kadastr xəritəsi var, amma dəqiq sərhədləri yoxdur”.

Fərda Uğur