“Azərbaycan Çin üçün enerji resursları və logistik imkanlardır. Eyni zamanda, Azərbaycanın Türkiyə ilə yaxın münasibətləri Çin üçün xüsusi əhəmiyyət daşıyır”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Çindəki keçmiş səfiri Sergey Manasaryan deyib.
O bildirib ki, Çinin yeganə məqasədi təkcə Ermənistan üzərindən keçən yolu açmaq deyil. “Onlar bu yolu şaxələndirmək istəyirlər. Söhbət Gürcüstanın şimalından İrana, Ermənistandan İran limanlarına gedən marşrutdan gedir”.
Keçmiş səfir maraqlı bir məqama da toxunub. O deyib ki, Zəngəzur dəhlizinin açılması hələ 2018-ci idlə Çin tərəfindən Ermənistana təklif olunub. “Çin bu yolun açılmasını hələ 2018-ci ildə Ermənistana təklif etmişdi. Lakin İrəvan bunu rədd etdi”.
Manasaryan onu da qeyd edib ki, Zəngəzur dəhlizini təkcə Azərbaycanı Türkiyə ilə birləşdirən dəhlizdir kimi təqdim etmək yanlışdır. “Kifayət qədər ciddi təhlükələr var. Çünki Çin bunu pantürk dəhlizi kimi qəbul edir”.
Fərda Uğur