Erməni dilində fakültələr yaradılmalıdır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə erməni dilini kifayət qədər yaxşı bilən mütəxəsislər var. 

Ölkəmizdə erməni dilini kifayət qədər yaxşı bilən mütəxəsislər var.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş dövlət müşaviri Qabil Hüseynli İrəvan Dövlət Universitetində Azərbaycan dilində kurslar təşkil edilməsinə fikir bildirərkən söyləyib.

“Düşünürəm ki, Azərbaycan universitetlərində də erməni dilinin öyrədilməsi həyata keçirilməlidir. Ölkəmizdə Qərbi Azərbaycandan qovulanlar içərisində erməni dilini, onun qrammatikasını bilənlər, hətta vaxtilə erməni universitetlərində təhsil alanlar kifayət qədərdir. Onların iştirakı ilə erməni dilinin öyrədilməsini ya fakültə kimi, ya da universitetlərin nəzdində fakültətiv post kimi həyata keçirə bilərik. Bu ideyanı həyata keçirməklə biz həm də ordumuzun gələcək zabitləri, hərbi qulluqçuları arasında erməni dilini mükəmməl bilən mütəxəsislər yetişdirə bilərik”, – deyə o bildirib.

Politoloq söyləyib ki, bunu yaratmaq üçün bizim kifayət qədər bazamız var:

“Fakültədə çalışan mütəxəsislərin ordu üçün nəzərdə tutulması mütləq qeyd edilməlidir. Hərbi hissələrdə erməni dilini mükəmməl bilən və kəşfiyyat işlərində istifadə ediləcək mütəxəsislərimizin hazırlanmasının genişləndirilməsi müsbət hal olardı”.

Qeyd edək ki, İrəvan Dövlət Universitetinin rektoru Aram Simonyanın dəstəyi ilə pulsuz Azərbaycan dili kursları təşkil edilib. Kurslar universitetin Türk Araşdırmaları Kafedrasının doktorantı Mariam Melkonyan tərəfindən aparılır. Kurslarda hazırda 21 tələbə iştirak edir. Kursların ölkənin təhlükəsizliyi üçün təşkil edildiyi qeyd olunsa da, onların kəşfiyyat üçün hazırlandığına şübhə yoxdur.