Erməni diasporundan yallanan Rubionun “nağılları”

Erməni diasporundan yallanan Rubionun “nağılları”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni diasporundan qidalanaraq, zaman-zaman Azərbaycan əleyhinə çıxışlar edən köstəbəklərin Vaşinqton görüşündən sonra səsləri yenidən çıxmağa başlayıb.

Tribunainfo.az xəbər verir ki, onlardan biri Mayk Rubin “American Mirror Spectator” jurnalına açıqlamasında yenə rəsmi Bakını “hədəfə” alıb.

O iddia edib ki, guya, Azərbaycan sülhə yox, ona siyasi və maliyyə faydası gətirəcək prosesə can atır. “Eyni zamanda Ermənistanı məhv etmək ideoloji ambisiyalarının reallaşmasına töhfə verir”.

Rubin sərsəmləyərək, “Azərbaycan əvvəlki kimi Ermənistanı məhv etməyə çalışır” fikrini irəli sürüb. “Bu tələsik sülh sazişi praktiki olaraq Azərbaycanın ambisiyalarını həyata keçirməyə yaxınlaşdıra bilər”.

Amerikalı ermənipərəst bununla da kifayətlənməyərək, əsassız iddialar da irəli sürüb. Məsələn, o deyib ki, guya, Avropalı Müşahidəçilər Qafan aeroportuna eniş edən təyyarələri diqqətlə izləyirlər. “Qorxurlar ki, Azərbaycan sərhəddində yerləşən bu əraziyə enən təyyarələr Bakı tərəfindən vurula bilər”.

Rubin sonda onu da yazıb ki, ermənilər hazırda özlərini müdafiə etmək üçün Azərbaycan sərhəddində bunkerlər tikirlər.

P.S. Erməni pulunu dadmış bu adam ermənilərlə bizi səhv salır. Ona xatırladaq ki, 1988-ci il Spitak zəlzələsi zamanı Bakıdan göndərilən xilasedici qrupu daşıyan təyyarəni biz yox, ermənilər vurmuşdular. Həmçinin bir zamanlar Qarabağda mənzillənmiş separatçılar Azərbaycan mülki təyyarələrinin elektron sisteminə müdaxilə edərək, onun GPS məlumatlarını pozmağa dəfələrlə əchd etmişdilər. Ki, bu açıq risk və qəza yaratmaq məqaəsdi daşıyırdı. Yəni, biz mülki təyyarəyə atəş açmarıq.

Fərda Uğur