backend

Erməni diasporu Trampdan pul istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni Milli Konqresi ABŞ Prezidenti Donald Trampın Ermənistana maliyyə yardımını həcminin azaldılması ilə bağlı təklifindən narahatdır. 

Erməni Milli Konqresi ABŞ Prezidenti Donald Trampın Ermənistana maliyyə yardımını həcminin azaldılması ilə bağlı təklifindən narahatdır.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Amerika Erməni Milli Konqresinin rəhbəri Aram Ambaryan söyləyib. O, təşkilatın Konqresin liderləri ilə işini davam etdirəcəyini bildirib.

Ambaryan bununla Trampın qaçqınlara yardım üçün təklif etdiyi 2,75 milyard pulun bir hissəsinin Suriyadan qaçqın qəbul edən Ermənistana yönəlməsini zəmanət altına almağa çalışacaqlarını söyləyib.

Qeyd edək ki, bundan öncə ABŞ Ermənistana ayırdığı yardımı 67% azaltmaq haqqında qərar qəbul edib. Qərara əsasən, Ermənistan 20,4 milyon yerinə 6,8 milyon dollar yardım alacaq.