Bir çox erməni diaspor təşkilatları ilk növbədə erməni xalqının üzərində parazitlik edir.
Bir çox erməni diaspor təşkilatları ilk növbədə erməni xalqının üzərində parazitlik edir.
Bunu Trend-ə “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
“Mən İsraildə müşahidə edirəm ki, onlar əksər vaxtlarda heç nədən səs-küy yaradır. Bu, sponsorların etibarını doğrultmaq üçün edilir. Çoxlu səs-küy yaradılır, amma hər kəsə məlumdur ki, nəticədə heç nə alınmayacaq”, – Spivak bildirib.
O qeyd edib ki, bunun bariz nümunəsi İsrail parlamentində “erməni soyqırımı” ilə müxtəlif fikirlər səsləndirən millət vəkili Zahava Qalyondur:
“O özü də gözəl başa düşür ki, bu fikirlər boş-boşuna səsləndirilir. Bu işlərlə erməni nümayəndələri və lobbiçilər məşğul olur. Mənim onların sponsoruna və parazitliyə məruz qalan xalqa yazığım gəlir”.
Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi “Trend” agentliyinin müəllifinin «Trump puts end to Armenian lobby’s influence on US» adlı, ABŞ-da erməni diasporunun vəziyyətinin pisləşməsi barədə məqaləsindəki sözlərini təhrif etməyə çalışıb.
Komitə Tvitterdəki səhifəsində həmin məqalədəki Amerika erməni diasporunun öz sahibinin bədənində parazitlik etməsi barədə sitatı Hitlerin “Mayn Kamf” kitabındakı sitatla müqayisə edib.
Spivak hesab edir ki, məqalə müəllifinin antisemit niyyəti yoxdur: “Mən Bakıda doğulub böyümüşəm, ildə üç dəfə Azərbaycanda oluram, burada çoxlu dostlarım var və heç vaxt antisemitizmlə üzləşməmişəm”.
Onun sözlərinə görə, eyni uğurla istənilən kitabdan istənilən fikri kontekstdən ayırmaq və istənilən mövzuya bağlamaq olar: “Azərbaycandakı bütün xalqlar milliyətindən və dinindən asılı olmayaraq tarixən dostluq şəraitində yaşayıb”.
O, həmçinin qeyd edib ki, multikulturalizmin Azərbaycan hökuməti tərəfindən dövlət səviyyəsində təbliğ olunması yaxşı haldır: “Azərbaycan tolerantlığının təbliği dostluq şəraitində yaşamanın mümkün olduğunun dünyaya nümayiş etdirilməsinin bir üsuludur.”