Məlum olduğu kimi, Bakıda bir qrup separatçının məhkəməsi başlayıb. Tribunainfo.az xəbər verir ki, ermənilər bu hadisədən ciddi şəkildə narahat olmağa başlayıblar.
Ermənistan hökuməti mövzu ilə bağlı susqunluğunu qorusa da, erməni diasporu aktiv fəaliyyət göstərmək üçün dəstək verdiyi senator və təşkilatları da işə qoşmağa cəhd edir. Dünən ABŞ-dakı erməni diasporu təcili toplantı keçirərək, terrorçuların məhkəməsi ilə bağlı dəstəkçilərinə müraciət göndərib. Onlar iddia ediblər ki, guya, Azərbaycanda ədalətli məhkəmə keçirilə bilməz və terrorçular azad edilməli, başqa bir ölkəyə ekstradasiya olunmalıdırlar.
Həmin müraciətə “Sosialist İnternasionalı”, ABŞ Konqresinin Ermənilərlə İş üzrə Komitəsinin həmsədri Frank Fallone, həmin komitənin üzvü Dina Titus, Avropa Parlamentinin Sosial-Demokrat Siyasi Qrupunun sədr müavini Yannis Manyatis və eyni siyasi qrupun üzvü Naço Amor Sançez qoşulublar.