ERMƏNİ DİASPORU GÖRÜN HANSI TƏXRİBATA ƏL ATDI

ERMƏNİ DİASPORU GÖRÜN HANSI TƏXRİBATA ƏL ATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail-Azərbaycan əməkdaşlığının zəifləməsi üçün ABŞ-dakı erməni diaspora təşkilatları fəaliyyətə keçib. Son üç ayda həm İsraildəki, həm də ABŞ-dakı müxtəlif fəallar həm Yaxın Şərq, həm də okeanın o tayındakı informasiya resurslarında İsraili Azərbaycana dəstəyi dayandırmağa çağırırlar. Əsas tezis : Holokostdan sağ çıxan yəhudilər indi guya Qarabağda ermənilərin qondarma soyqırımında şərik olurlar.

Tribunainfo.az yazır ki, politoloq Zaur Məmmədovun sözlərinə görə, avqustun birinci ongünlüyündə İsraildəki bir qrup yəhudi ziyalıları və alimləri prezident İshak Herzoqa müraciət edərək Qarabağ bölgəsində cərəyan edən qondarma humanitar böhranın həllinə köməklik göstərməyi xahiş ediblər:

“Müraciəti imzalayan erməni diasporasından maliyə alan qondarma ziyalılar, yəhudi psixologiyasına təsir etmək üçün Holokosta məruz qalan xalqın “soyqırım” görmüş xalqı “əzabı”na biganə yanaşmamağa çağırır.
Beləcə, eyni tezislər hiss olunur. “Soyqırıma məruz qalmış yəhudi soyqırıma məruz qalmış ermənini müdafiə etməlidir”.

Görünən odur kı, düşmən yatmır və bütün imkanlarından istifadə edərək İsrailin Azərbaycana dəstək verməməsi üçün əlindən gələni edir. Lakin İrəvan və erməni diaspora təşkilatlarının öz məqsədlərinə çatmayacağı dəqiqdir.
İsrail-Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik istiqamətində naliyyətlərə mane olmaq üçün bir qrup ekspertlər tərəfindən bölgə üçün alternativ güc balansı Paris – Tehran – İrəvan birliyi təklif olunur”.

Z.Məmmədov bildirib ki, aon aylarda erməni diasporasının yəhudi – Azərbaycan əməkdaşlığına qarşı ciddi sistemli iş aparmaqlarına baxmayaraq onlar öz məqsədlərinə çatmayacaqlar:

“Bir neçə həftədir ki, İsraildən Bakıya istiqamətlənən hərbi yük dolu təyyarələrin sayının artan xətt üzrə Xəzərin sahilinə eniş etmələri bunun bariz sübutudur. Yaxşısı olar kı, ümumdünya erməni diasporası, erməni kilsəsi, Ermənistan dövləti hünərlərini döyüş meydanında göstərsinlər, yox, əgər bunu bacarmırlarsa, sülh müqaviləsini bağlayaraq bölgədə sabitliyin bərqərar olmasında iştirak etsinlər”.