backend

“ERMƏNİ DİASPORU ALDANDIĞININ FƏRQİNDƏDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada prezident seçkiləri yaxınlaşdıqca namizədlərin səs uğrunda mübarizəsi daha da qızışır.  


Fransada prezident seçkiləri yaxınlaşdıqca namizədlərin səs uğrunda mübarizəsi daha da qızışır. 

Bildiyimiz kimi, Ermənilərin ən böyük dostu və dayaqlarından biri sayılan Fransada çox zəngin və təşkilatlanmış erməni diasporu var və bu təşkilat hər zaman Fransanın siyasi həyatında çox fəal iştirak edir. Elə prezidentliyə namizədlər də onların səslərini qazanmaq üçün müxtəlif  vədlər verməklə məşğuldurlar.  Bu vədlərdən birincisi də Dağlıq Qarabağla bağlıdır. Prezidentliyə namizədlər elə bu sahədə xüsusi canfəşanlıq edərək, bir-birilərinin ardınca ermənilərin maraqlarına uyğun mövqelər sərgiləməkdə davam edirlər.  

Təbii olaraq, prezident seçkilərində istənilən vədlər verilə bilər. ABŞ-ın keçmiş prezidenti Barak Obama da prezidentliyə namizədliyini verən zaman “erməni soyqırımı”nı tanıyacağını bəyan etmişdi. Ancaq Obama prezident seçildikdən sonra belə bir fikirdən vaz keçdi.

Ümumiyyətlə, indiki prezident Fransua Olland da daxil, Fransanın bütün prezidentləri Ermənistana hər zaman loyal yanaşıb. Hətta Olland Ermənistanı “Fransanın kiçik bacısı” adlandırıb.

Fransa prezidentliyinə namizəd Fransua Fion da seçkiqabağı kampaniyada deyib ki, erməni əsilli fransızlar Dağlıq Qarabağdakı situasiyadan çox narahatdırlar. Belə ki, Fion 2016-cı ilin aprelində baş vermiş dörd günlük müharibəni altı gün qeyd edərək, Azərbaycanı zorla Qarabağı almaq cəhdi kimi yozub.

Qarabağı barıt çəlləyi adlandıran digər namizəd Marin Le-Pen də bəyanatında Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazım olduğunu bəyan edib.

Millət vəkili Zahid Oruc TİA.AZ-a bildirdi ki, hər bir namizədin ətrafında ictimai rəyi öyrənən institutlar var. Belə ki, onlar böyük maliyyə vəsaitlərini sosioloji sorğulara yönəldirlər və bu vasitəylə hər bir səs uğrunda savaş aparırlar:

“Fransada seçkilərin  hazırki dönəmi çox böyük kolleziyalarla, sürprizlərlə zəngindir. O baxımdan bunu Fransa tarixinin ən çirkli kampaniyası adlandırırlar. Gerçəkdən də rəqiblər biri digərinə qarşı sülh güzəştini gündəliyə gətirir, hər biri tərcümeyi – hallarının səhifəsini analiz edirlər. Onlar da özlərinin xeyrinə tapdıqları məqamları çox qabardırlar. Xüsusilə də Protiona qarşı baş verənlər sizə bəllidir. Belə olan təqdirdə orada əhali qrupları, onların iqtisadi və yaxud siyasi imkanları, fəallıq dərəcələri seçkilərə qatılan faizləri əvvəlki dönəmlərdəki durumunu geniş analiz edirlər. Beyin mərkəzləri olan analitik dairələr hər bir namizədə gerçək mənzərəni təqdim edirlər ki, hansı yöndə bəyanatlar və çağrışlarla çıxış edə bilərlər. Xüsusən də ABŞ-ın həyatında qeyd etdiyimiz tendensiyanı biz daha çox görmüşük. Yeganə sonuncu seçkiləri çıxsaq, bundan əvvəlki dövrlərdə demək olar ki, aprelin 24-nə indekslənmiş çağırışları biz daha çox görmüşük.

Hər bir namizəd erməni cəmiyyətləri, lobbi mərkəzləri qarşısında sanki öhdəliklər götürüblər və onun nəticəsini də hamımız görməkdəyik. Belə ki, prezidentliyin məsuliyyəti onların çiyinlərinə düşür və dərk edirlər ki, türk dünyası ilə düşmənçiliyə getmək olmaz. Həm də tarix bu şəkildə dövlət siyasəti üçün istismar edilməməlidir. 100 il əvvəlki dövrlərin mühakiməsi keçirilsə, o ölkələrin özünü gərək ayrı-ayrı müharibələrə görə kəskin şəkildə məhkəmə sorğularına məruz qoyasan. O təqdirdə seçki dövrünün bəyanatları da unudulmuş olur. Ona görə də həmin erməni cəmiyyətləri də öz aldadıldıqlarının hiss edirlər və buna qarşı kampaniyalar aparırlar. Ancaq nəticə demək olar ki, dəyişmir. İndi həm Marin Le Pen, həm Fransua Fion, o cümlədən böyük seçki rəqiblərindən biri sayılan Emmanuel Makron da qeyd etdiyimiz amillərə yer veririlər- ermənilərin səsi qazanılmalıdır. Ancaq baxın deyirlər ki, 6 günlük müharibə. Görünür ki, o sənədləri hazırlayanlar da səthi media müşahidəsindən çıxış edirlər. Əvvəla müharibə cəmi 4 gün davam edibdir. 6 günlük savaş vaxtilə İsrail ilə Misir arasında olubdur. Ona görə də hesab edirəm ki, azərbaycanlıların  erməniləri  blokadaya salması və s. kimi bəyanatları səslənəcəkdir. 

Əlbəttə ki, bizim orada yaşayanlar azərbaycanlılar fəal olmalıdır. Media məkanında namizədlərin biri  digərinə dəstək vermək planında siyasət tipli aktivliklər yuxarı olmalıdır. Hər şeyi dövlətdən gözləmək çox yanlışdır. Amma nəticədə kiminsə prezident seçilməsi təqdirdə onlar bu reallıqlarla hesablaşmalı olacaqlar.

Bildiyimiz kimi, Fransa Dağlıq Qarabağ münaqişəsində vasitəçidir, üzərinə məsuliyyət götürüb. Onların Ermənistana yönəlik addımları həm missiyanın üzərindən xətt çəkə bilər, həm də Azərbaycanla münasibətlərin korlanmasına yol açar. Əminəm ki, sabiq prezident Nikola Sarkozi və hazırki prezident Fransua Olland bəlli bir balansı gözlədiyi kimi, yeni prezident də bu yöndə addım atmağa məcbur olacaq”.

İlahə