Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupu dünən ləğv edildi.
Tribunainfo.az xəbər verir ki, 33 il idi mövcud olan bu təşkilat öz mənasız fəaliyyəti ilə yadda qaldı.
Heç bir məsələni həll edə bilməyən MQ-nin ləğvi isə Ermənistanda narazılıqla qarşılanıb. Ermənilərin məşhur “Hay Dat” Təşkilatı iddia edib ki, Minsk Qrupunun ləğv edilməsi azad iradə ifadəsi deyil. “Bu, Bakının qoyduğu ilkin şərt idi”.
“Haystan” blokundan olan deputatlar isə bildiriblər ki, MQ-nin ləğvi ilə iki məsələ həllini tapıb. Onların sözlərinə görə, birincisi, bununla Ermənistan Qarabağ məsələsində tərəf olmaq statusunu itiib. İkincisi isə Qarabağ məsələsinin üzərindən birdəfəlik xətt çəkilib.
Erməni deputatlar qeyd ediblər ki, MQ-nin ləğvi ilə indiyə qədər bu təşkilatın vasitəsi ilə əldə olunmuş bütün razılaşmalar da ləğv edilib. Yəni, bundan sonra həmin sənədlərə istinad etmək mümkün olmayacaq.
Fərda Uğur