Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan dünən maraqlı açıqlama verib.
Tribunainfo.az xəbər verir ki, o, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu etiraf edib.
Hakim “Mülki Müqavilə” Partiyasını təmsil edən Melkonyan deyib: “Azərbaycanla heç bir ərazi iddiamız yoxdur deyirik. Amma Konstitusiyamızda ərazi iddialarımız var. Bəs, o məsələyə necə baxaq? Konstitusiyanı reallığa uyğun mətnə gətirməliyik, yoxsa yox?”
Fərda Uğur