Erməni deputat: “Xeyrimli Azərbaycanın kəndidir”backend

Erməni deputat: “Xeyrimli Azərbaycanın kəndidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz səngər istəmirik. Deyirik ki, sərhəddə səngər, silahlı dəstələr yox, sərhədçilər olsun”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputat, hakim Mülki Müqavilə Partiyasının rəsmisi Vahe Qalumyan deyib.

O bildirib ki, Güney kəndi ilə Xeyrimlini bir yol ayırır. “29.743 kv.km Ermənistan ərazisində Xeyrimli yoxdur. İndi deyirlər ki, biz nəyisə Azərbaycana veririk. Nəyi veririk?”

Qalumyan daha sonra qeyd edib ki, hal hazırda sərhədlərin demarkasiyası 1976-cı ilin xəritələri ilə aparılır. “Azərbaycanla Ermənistan arasında sonuncu demarkasiya və delmitasiya 70-ci illərdə baş verib. 1976-cı ildə isə onun əsasında xəritə tətbiq olunub. Başqa xəritə isə yoxdur. Buna görə bizini niyə ittiham edirlər? Həmin vaxt mənin 1 yaşım olub. İndi neyləyim?”