ERMƏNİ DEPUTAT TÜRKİYƏDƏ QDİƏT SƏDRİNİN MÜAVİNİ SEÇİLDİbackend

ERMƏNİ DEPUTAT TÜRKİYƏDƏ QDİƏT SƏDRİNİN MÜAVİNİ SEÇİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Babken Tunyan yaxın vaxtlarda QDİƏT PA-nın sessiyası barədə daha ətraflı məlumat verəcəyini bildirib.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, iqtisadi məsələlər üzrə komissiyanın sədr müavini Babken Tunyan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədr müavini seçilib.

“QDİƏT Baş Assambleyasının 61-ci plenar sessiyasında mən təşkilatın sədr müavini seçildim”, – Tunyan bildirib.

O, QDİƏT-in İstanbulda keçiriləcək iclası barədə tezliklə məlumat verəcəyini bildirib.

Xatırladaq ki, Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş QDİƏT parlamentlərinin sədrlərinin sammiti keçirilir. Sammitdə parlamentin sədri Alen Simonyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti də iştirak edir.