Erməni deputat: Sözümüzü dinləyən yoxdurbackend

Erməni deputat: Sözümüzü dinləyən yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq arenda Bakıda həbsdə olanların azad edilməsi məsələsini qaldırsaq da, bunun nəticə vermədiyi göz qabağındadır”.

Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi erməni deputat Elinar Vardanyandır.
O deyib ki, beynəlxalq təşkilatlar bununla bağlı sözlərimizi eşitmirlər. “Bizim sözümüzü dinləyən belə yoxdur”.
Vardanyan bildirib ki, Azərbaycanın COP29 ərəfəsində erməni terrorçularını sərbəst buraxacağı inandırıcı deyil. Onun sözlərinə görə, Bakı bu hadisədən maraqları xatirinə istifadə edəcək. “Bakı onları verməycək. Versə də elə bir şərtlər çərçivəsində və şəraitdə verəcək ki, onları istəmək belə utancverici olacaq. Çünki Azərbaycan Ermənistanı alçaldılmış vəziyyətə salmaq istəyir”.