“Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması Qarabağı təslim etmək deyildi. Qarabağ Yevlaxda təslim olub”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Hraçiya Akopyandır.
O qeyd edib ki, Ermənistan Zəngəzurdan yol verib. “Lakin həmin yol Ermənistanın yuridiksiyası altında olacaq. Bu yolu təhvil verməkdir?”
O, Qarabağdan köçən erməniləri də ittiham edib. “O vaxt biz deyirdik ki, evlərinizi tərk etməyin, orada qalın. Bizə deyirdilər ki, Ermənistan bizi qəbul etmir. İndi Ermənistana gəliblər və “bizi Qarabağa qayıtmağa qoymayacaqlar” deyirlər”.
Akopyan daha sonra separatçıların da bostanına daş atıb: “Bəs niyə indi Qarabağa qayıtmaq istəyirsən? Ordaydınız, niyə çıxdınız? Biz də istəyirdik ki, sağ-salamat yaşayasan. Dedik, get, azərbaycanlılarla danışıq apar. Amma bunu Yevlaxda Qarabağın ləğvi ilə bağlı sənədi imzalayacaq mərhələyə gətirmə”.
Fərda Uğur