Erməni deputat NALA-MIXA vurdu: 4 kəndin qaytarılması təsdiqlənir…

Erməni deputat NALA-MIXA vurdu: 4 kəndin qaytarılması təsdiqlənir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz danışıqlar prosesində dəfələrlə şahidi olmuşuq ki, bəzi tərəfdaşlarımız ya natamam, reallığa uyğun gəlməyən, ya da dağıdıcı element ehtiva edən qiymətlər veriblər”. Tribunainfo.az-ın yazdığı xəbərə görə, bunu parlamentdə jurnalistlərlə söhbətində hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Vaqarşak Akopyan 4 kənd mövzusunda danışıb.
“Şübhəsiz ki, Ermənistan və Azərbaycan demarkasiya və delimitasiya işləri aparmalıdır. Bizim buna doğru getməyimiz də danılmazdır. Bu müddət ərzində bizi bu işə cəlb etməyə, təxribata çəkməyə, hətta bizdən qeyri-sabitliyə nail olmağa çalışacaqları da xəbər deyil.
O da xəbər deyil ki, müxtəlif güc mərkəzləri Ermənistanın təhlükəsizlik məsələlərini həll etməsində maraqlı olmaya bilər. Biz daha sakitqanlı olmalı və reallıqdan danışmalıyıq, heç bir bəyanatı şərh etməməliyik”, – Akopyan qeyd edib.
Ermənistanın baş naziri ilə “GD” fraksiyasının üzvləri arasında keçirilən son qapalı görüşə gəlincə, deputat deyib: “Bu görüşlərdə biz müxtəlif məsələləri müzakirə edirik”. Kəndlərin əvvəlcə təhvil verilməsi, sonra isə ancaq sərhədlərin müəyyənləşdirilməsi prosesinin olması ehtimalı varmı sualına Vaqarşak Akopyan belə cavab verib:
“İstənilən proses məntiqli olmalıdır. Ermənistanın razılaşmalı olduğu istənilən proses İrəvanın maraqlarına əsaslanmalıdır. Bütün dünyada demarkasiya prosesi zamanı bəzi ərazilərdə irəliləmə, bəzilərində isə geri çəkilmə prosesi gedir. Bu təbii prosesdir. Başqa bir şey odur ki, biz hər şeyi etməliyik ki, dövlət maraqları kifayət qədər səmərəli işləsin. Bunun üçün bizim bütün imkanlarımız var. Ermənistan vətəndaşlarının arxasında heç bir hərəkət ola bilməz”.

Roman