Erməni deputat: “İcevan-Qazax yolu Ermənistanı Xəzərə çıxaracaq”

Erməni deputat: “İcevan-Qazax yolu Ermənistanı Xəzərə çıxaracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yerasx (Arazdəyən)-Sədərək dəmir yolu çəkilənə qədər Ermənistan blokadada qalacaq”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin deputatı Artur Xaçatryan çıxış edib.

Onun sözlərinə görə, Arazdəyən-Sədərək yolunun açılması həyati əhəmiyyət kəsb edir. “Tez-tez haqqında danışılan Tramp marşrutu bu hissə olmadan tam fəaliyyət göstərə bilməz. Yolun təkcə 42 kilometri deyil, Arazdəyəndən gedən bütün marşrutu əhatə etməsi vacibdir”.

Xaçatryan İcevan-Qazax yolunun da çox əhəmiyyətli olduğunu bildirib. “Onun açılmasının təkcə Tiflisə deyil, Xəzər dənizinə də qısa yol açacaq”.

Fərda Uğur