Erməni deputat: Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan deyib.

Onun sözlərinə görə, ölkədə ərzaq məhsullarının qiymətləri yüksək sürətlə artmaqda davam edir:

“Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bütün bunlar nəyə gətirib çıxaracaq, məlum deyil”.

Deputat əlavə edib ki, Ermənistanda emiqrasiya faciəvi həddə çatıb, yoxsulluq və işsizlik səviyyəsi isə durmadan artır.