Ermənistan parlamentinin deputatı Anna Qriqoryan dünən Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası ilə bağlı sənədin müzakirəsi zamanı bir sıra maraqlı detallara toxunub. Tribunainfo.az xəbər verir ki, o, baş nazirin müavini Mher Qriqoryanın “sərhədlərin demarkasiyası 1976-cı ilə xəritəsinə əsasən aparılır” deməsindən sonra həmin xəritə ilə bağlı fikirlərini qeyd edib.
O deyib ki, 1976-cı ilin xəritəsində Qazaxın 7 kəndinin adı Azərbaycan ərazisi kimi qeyd edilib. Amma o, prosesin təkcə bununla bitmədiyini, Zəngəzur ərazisində də analoji halın baş verdiyini vurğulayıb. “Siz Zəngəzurda da bu xəritəyə əsasən torpaqların bir hissəsini Azərbaycana verdiniz. İndi isə sırada Cermuxdur”.
Qriqoryan bəyan edib ki, sözügedən xəritədə Cermuxun böyük hissəsinin Azərbaycana verilməsi açıq şəkidlə qeyd edilib. “Tavuşdan ərazilərin verilməsi aydındır. Amma eyni xəritədən aydın görünür ki, erməniləri Cermuxu tərk etməlidirlər”.