Erməni deputat: Bu yol Azərbaycanın müşahidəsi altındadırbackend

Erməni deputat: Bu yol Azərbaycanın müşahidəsi altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhədlərin delmitasiyasından sonra 4 kəndimizin geri qaytarılması ermənilərə pis təsir edib. Onlar nəyin bahasına olursa olsun, Azərbaycanı bir şəkildə qaralamaq, ittihma etmək və şərləməyə davam edirlər.
Tribunainfo.az xəbər verir ki, bu prosesdə aktiv şəxslərdən biri Ermənistan parlamentinin üzvü, deputat Qarnik Danelyandır.
Danelyan Keşiş Baqrata qoşulmuş müxaliflərdən biridir və mütəmadi olaraq Kirants kəndinə səfərlər edərək, orada vəziyyəti qarışdırmağa çalışır. Dünən o, yerli mediaya açıqlamasında deyib ki, guya, Azərbaycan-Ermənistan sərhəddində hər gün hadisələr baş verir. O iddia edib ki, Ermənistan MTN-i Kirantsda olanları ört-basdır etməklə məşğuldur.
Danelyanın bir başqa iddiası da odur ki, sərhədlər müəyyən edilməmişdən öncə sözügedən kənddə qanunsuz məskunlaşmış ermənilərin əkdikləri taxıl sahələri Azərbaycan tərəfindən qalıb. “Həmin taxıl sahələrindəki məhsulu Azərbaycan toplayıb. Gözümüzün qabağında kombaynlar buğda biçini həyata keçirdilər. Azərbaycan həmin taxılı geri verməlidir, çünki bizimdir”.
Amma erməni deputat bununla da sakitləşməyib. O deyib ki, sərhədlərin delmitasiyasından sonra Gürcüstan-Ermənistan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçib. “Yeni yol isə sərhəddən heç də uzaqda yerləşmir. Bu isə həmin yolun Azərbaycanın müşahidəsi altında olması deyil. Onlar istədikləri vaxt bu ərazilərə girib, yolu bağlayacaqlar”.
P.S. Ermənilərin belə vay-şüvənləri hələ çox olacaq. İndiyə qədər işğal etdikləri kəndlərimizdə istədiklərini edirdilər. İndi hər şey əllərindən çıxıb və Azərbaycan Ordusu ədaləti bərpa edib. Buda onların arzulamadığı, hətta yuxularında belə görmədikləri vəziyyətdir. Ona görə də, yaxalarını cırır, saçlarını yolurlar.