“İHA-lar, uzaq mənzilli dəqiq/ultra dəqiqlikli sistemlər, hərəkətlilik, yeni müdafiə strukturları və müasir texnologiyalar müharibələrə tamamilə fərqli xarakter verir”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
O, hazırda Ermənistanın vəziyyətinin təəssüfedici olduğunu bildirib. “Təəssüflər olsun ki, son 4 ildə Ermənistan və Qarabağ müxtəlif miqyaslı hərbi əməliyyatlarda iştirak ediblər ki, onların ətraflı təhlili bizim halda hansı yeni prioritetlərin olduğunu, döyüşün hansı ənənəvi aparılması prinsiplərinin olduğunu, hansılara tabe olduğunu göstərir”.
Abramyan qeyd edib ki, Ermənistanın hərbi baxımdan zəifliyi və hansı praktiki dəyişikliklər edilməlidir məsələsi təftiş olunmalıdır. “Bu spesifiklikləri nəzərə almasaq, nəinki qismən, yarıtmaz dəyişikliklər bizə heç nə verməyəcək. Hətta hər il hərbi büdcə 10-15% artırılsa belə, heç bir ciddi problem həllini tapmayacaq”.