“Baş nazir bu yaxınlarda bəyan etdi ki, demarkasiya nəticəsində biz Başkəndi və hazırda azərbaycanlıların nəzarətində olan digər torpaqlarımızı geri qaytaracağıq. Əgər bunu başqa cür formalaşdırsaq, bu o deməkdir ki, biz Kərkini Azərbaycana verəcəyik”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni deputat Ovik Ağazaryan deyib.
Onun sözlərinə görə, Azərbaycan ermənilərin can atdığı modellə barışmır. “Onların modeli Ermənistanın ləğvidir. Əgər belə deyilsə, onlara Kərki nəyə lazımdır? Strateji məqsədlər istisna olmaqla, onlara bu lazım deyil”.
Ağazaryan bildirib ki, tezliklə azərbaycanlıların Ermənistana gəlişinə şahidlik edəcəklər. “Əgər biz Kərkinin Ermənistanda qalmasına və Başkəndin geri alınmasına nail ola bilməsək, azərbaycanlıların Ermənistana axınına şahidlik edəcəyik”.
O, sonda təklif də verib: “Təklifim belədir: Kərkinin Ermənistanda, Başkəndin Azərbaycanda qalmasına nail olmaq mümkün deyilsə, biz də etiraz olaraq, Azərbaycan və Türkiyənin yürütdüyü siyasətə inamsızlıq olaraq Başkənddən imtina etməliyik”.
Fərda Uğur










