Erməni siyasi arenası, xüsusən müxalifət düşərgəsi israrla Azərbaycanın sülh müqaviləsi imzalamaq niyyətinin olmadığını iddia edirlər. Tribunainfo.az xəbər verir ki, onlar bunu çoxlu “səbəblərlə” əsaslandırırlar.
Deputat Qarnik Danielyan da israr edir ki, Azərbaycanın Ermənistanla sülh sənədi imzalamaq niyyəti yoxdur.
Lakin o deyir ki, Ermənistan Azərbaycanın bütün tələbləri mərhələ-mərhələ yerinə yetirmək siyasətini həyata keçirir.