Erməni deputat Bakı ilə razılaşmağa çağırdıbackend

Erməni deputat Bakı ilə razılaşmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin bağlanması üçün bu ölkənin konstitusiyasında dəyişiklik tələbi ilə çıxış edib. Buna səbəb isə Ermənistanın ali qanununda Azərbaycana torpaq iddiasının yer almasıdır.
Tribunainfo.az xəbər verir ki, erməni tərəfi də bu faktı təsdiqləyir. Lakin onlar Azərbaycana qarşı torpaq iddiasının konstitusiyada deyil, “İstiqlal Bəyənnaməsi”ndə yer aldığını deyirlər. Üstəlik, onu əhəmiyyətsiz sənəd hesab edirlər.
Ermənistanın hakim partiyası “Mülki Müqavilə”dən olan deputat Ovik Ağazaryan bildirir ki, “İstiqlal Bəyənnaməsi”nə istinad etməməklə, problem həll etmək olar. O hesab edir ki, sözügedən sənəd əhəmiyyətsizdir. “Həmin bəyənnaməni konstitusiyadan ayırmaqla problem yoluna qoymaq mümkündür”.