Ermənistan parlamentinin deputatı Tiqran Abramyan Azərbaycana qarşı fərqli mübarizə yolunun seçilməsini təklif edib. Tribunainfo.az bildirir ki, onun təklif etdiyi “yol” isə köhnə metoddur.
Belə ki, o, “Azərbaycanı şantaj etməklə, təslim olmaqla, dözümlə susdurmaq mümkün olmayacaq” deyib. Və ardından qeyd edib ki, belə situasiyalarda, bir qayda olaraq, Azərbaycan daha da sərtləşir.
Abramyanın təklif etdiyi “yeni yol” isə odur ki, Azərbaycanı “cəzalandırmaq” lazımdır. “Düz 10 il əvvəl bu gün Ermənistan ordusu Azərbaycanı cəzalandıraraq, onun atəş nöqtələrini susdurmuşdu. Həmin vaxt Azərbaycan 3 əsgərini itirmişdi. Ermənistan ordusu indi də bu addımı ata bilər”.
P.S. Bu axmaq elə zənn edir ki, Azərbaycan Ordusu yalın əllə sərhəddə dayanıb. Ya da elə zənn edir ki, əsgərimiz erməni dığasının qarşısından qaçacaq. Abramyan hələ də qanmır ki, o dövr getdi. Azərbaycan Ordusu 16 min kv.km ərazini 44 günə işğaldan azad edib. Ermənistanın ümumi sahəsi isə cəmi 29 min kv.km-dir. Yəni, aşağı-yuxarı iki dəfə çox. Bu da təxminən 88 gün eləsin. Amma Ermənistan ordusu bu dəqiqə elə vəziyyətdədir ki, heç 8 gün duruş gətirə bilməz.