Ermənistan parlamentinin deputatı Tiqran Abramyan ordunun vəziyyəti ilə bağlı danışıb. Tribunainfo.az xəbər verir ki, o, “Jamanak” qəzetinə müsahibəsində vəziyyətin çox pis olduğunu deyib.
Abramyanın sözlərinə görə, Ermənistan hakimiyyəti müharibə təhlükəsinə məhəl qoymur. Onun iddiasına görə, hərbi əməliyyatlar hər zaman başlaya bilər. “Bu gün Ermənistan ordusunda xaos yaşanır. Biz 2020-ci ildən əvvəlki səviyyəni bərpa edə bilmirik. Əgər Azərbaycan hücum edərsə, bu ordu ilə onun qarşısını almaq imkansızdır”.