Erməni bəstəkar: “Zeynəb Xanlarovaya sevə-sevə qulaq asırdıq, bizi ruslar düşmən etdi”

Erməni bəstəkar: “Zeynəb Xanlarovaya sevə-sevə qulaq asırdıq, bizi ruslar düşmən etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın tanınmış müğənni-bəstəkarı maraqlı açıqlamalar verib.

Tribunainfo.az xəbər verir ki, söhbət Riçard Madlenyanın sözlərindən gedir.

O, “Haykakan Jamanak” qəzetinə müsahibəsində deyib ki, erməni xalqı ilə azərbaycanlılar arasında heç vaxt düşmənçilik olmayıb. O, bu məsələdə Rusiyanı ittiham edib. “Sanki alnımıza yazılıb ki, biz ömür boyu Rusiyanın vassalı olmalıyıq. Anlamırıq ki, bu ölkə bizim faciələrimizin banisidir. Bizi qonşularımızla düşmən edən Rusiyadır.  Bizə həmişə ikinci dərəcəli insanlar kimi münasibət göstərilib. Üstəlik, davamlı olaraq qırğına verib. Daha bəsdir, gəlin kartlarımızı dəyişib, digər fövqəldövlətlə əməkdaşlıq etməyə və onun himayəsi ilə sülh müqaviləsi imzalamağa çalışaq”.

Madelyan Azərbaycan xalqı ilə tarixi əlaqələrindən də danışıb. O deyib ki, azərbaycanlılarla ermənilər arasında he bir düşmənçilik yoxdur. “Rusiya elə oyun qurdu ki, biz əsl düşmənimizi görə bilmədik, qonşularımızla savaşdıq. Əsl düşmən Rusiya idi, amma bizə azərbaycanlıları “düşmən” kimi təqdim edir. Bir zamanlar biz Zeynəb Xanlarovanı sevə-sevə dinləyirdik. İki xalqın gəncləri bir-biri ilə evlənirdi. Niyə düşmən olduq? Nə vaxta qədər bir birimizlə döyüşəcəyik? Niyə əvvəlki kimi olmayaq? Biz Rusiyanı aradan çıxarsaq, bir ömür xoşbəxt və mehriban yaşaya bilərik”.

Fərda Uğur