“İsgəndər”lər Ermənistanın təhlükəsizliyini gücləndirmir.
“İsgəndər”lər Ermənistanın təhlükəsizliyini gücləndirmir.
TİA.AZ xəbər verir ki, bu sözlər erməni analitik Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.
“İsgəndər” raketləri Ermənistan ordusu üzərində Rusiyanın nəzarətini gücləndirir. Azərbaycanın “təkrarlanan aqressiyası” (Artsruninin öz fikridir – red.) fonunda Serj Sərkisyan dəfələrlə “İsgəndər”ləri işə salacağını bildirib. Sərkisyanın əminliyinin real əsasları yoxdur və daha çox daxili auditoriyaya hesablanıb. “İsgəndər”lər məsələsində qərarlar Baqramyan-26 ünvanında (Sərkiyanın iqamətgahının yerləşdiyi ünvan – red.) yox, Moskvada qəbul edilir”, – deyə o bildirib.