“Təbii sual yaranır: niyə Əliyev də tərəf olaraq həmin sənədə imza atdı?”
Tribunainfo.az xəbər verir ki, bunu erməni analitik Armen Hovasapyan deyib.
O fikrini belə izah edib ki, kifayət qədər tədbirli və ağıllı olan Prezident İlham Əliyev səbəbsiz yerə sənədə imza atmazdı. “Hansısa tərəf hansısa sənədin altında imza atırsa, deməli, onun nəinki marağı var, həm də açıq-aşkar səhmdardır. Dərc olunmuş sənəddən aydın olur ki, amerikalılar ora sərmayə qoyacaqlar, ona görə də imza atırlar. Kifayət qədər ağıllı və tədbirli olan Əliyev isə sadəcə, səbəb göstərmədən məmnuniyyətlə sənədin altına imza atır. O, səbəbsiz yerə bu addımı atmaz”.
Fərda Uğur