Erməni analitik: Bakı öz vəziyyətini təhlükəyə atmazbackend

Erməni analitik: Bakı öz vəziyyətini təhlükəyə atmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranla İsrail arasında gərgin münasibətlərin müharibəyə çevriləcəyi artıq çoxlarında şübhə doğurmur. Tribunainfo.az xəbər verir ki, hal hazırda iki ölkə arasında gərginlik pik həddədir və tərəflərin bir birini vuracağı gözlənilir.
Qeyd edək ki, İranla İsrail arasında mümkün müharibə sennnarilərində Azərbaycanın da adı hallanır. Daha doğrusu, bu erməni politoloqların ən sevimli mövzularından biridir.


Politoloq Armen Bağdasaryan bununla bağlı deyib ki, Azərbaycan ərazisindən İrana hücumun təşkil edilməsi sennaridir, lakin onun real olması inandırıcı görünmür. “Azərbaycan ərazisindən İrana hücum baş verərsə, münaqişənin miqyası kəskin şəkildə dəyişəcək. Bu, Azərbaycan üçün çox risklidir”.
O qeyd edib ki, Azərbaycan indi kifayət qədər rahat vəziyyətdədir. “Rəsmi Bakı indiki vəziyyətini təhlükəyə atmaq istəməz”.
Bağdasaryan onu da vurğulayıb ki, əgər İranla İsrail arasında birbaşa hərbi qarşıdurmaya girərsə, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açmaq üçün hərəkətə keçəcək.