backend

Erməni alim Sülh Platformasına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi, hazırda İrəvanda yaşayan Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib. 

Fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi, hazırda İrəvanda yaşayan Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Mən Narine Dermencyan, Ermənistan vətəndaşı, bütün hərbi əməliyyatların dayandırılması və tərəfləri danışıq masası arxasında oturmağa və 25 ildən cox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa cağırıram. Artıq sülhün vaxtı gəlib çatıb. Bu münaqişə hər iki ölkəyə ziyan vurdu. Ermənistan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edərək, beynəlxalq hüquq çərçivəsində münaqişənin həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. 

Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ATƏT-in Minsk Qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm. Mövcud münaqişədən əvvəl iki xalq əsrlər boyu inkişaf etmiş ümumi ənənələr əsasında harmoniyanın içində yaşayıb. Çox dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hər iki ölkədə həll olunmamış münaqişə nəticəsində iki xalq arasında düşmənçilik münasibətləri üstünlük təşkil edir. 

Ermənistan və Azərbaycan xalqları gələcək nəsillərin sülh və rifahı naminə, münaqişəni dayandırmalıdır. Mən 25 ildən çox davam edən münaqişənin tez bir zamanda sülh yolu ilə həlli ideyasını dəstəkləyirəm və sülhün bərqərar olunmasına ümid edirəm. Bu səbəbdən, məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.