Erməni akademik: Türkiyənin ən mühüm tələbini yerinə yetirməmişik

Erməni akademik: Türkiyənin ən mühüm tələbini yerinə yetirməmişik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi geosiyasi əhəmiyyət kəsb edir. Böyük dövlətlərin bu istiqamətdə mübarizəsi də bununla bağlıdır”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni akademik Ruben Safrastyan deyib.
O bildirib ki, indiki mərhələdə Türkiyənin Ermənistana təcavüzü istisnadır. “Türkiyə hakimiyyəti başa düşür ki, Ermənistana hücum etmək üçün böyük səbəb olmalıdır. Türkiyənin Ermənistana hücumu o demək olacaq ki, Türkiyə hər şeydən əvvəl Rusiya ilə mübarizə aparır və bu mərhələdə Rusiya ilə münasibətlərini pisləşdirmək Türkiyəyə qətiyyən sərfəli deyil. Bu həm də o demək olacaq ki, Türkiyə müttəfiqləri ABŞ-dan, NATO-dan ciddi zərbələr alacaq. Türkiyənin bütün bu problemləri gözə alması üçün ciddi bir səbəb və onu qarşılayacaq qazanc olmalıdır”.
Safrastyan onu da deyib ki, Ermənistan hazırda Türkiyənin ən mühüm tələbini yerinə yetirməyib. “Türkiyə Ermənistandan Azərbaycanla münasibətlərini tənzimləməyi tələb edir. Bunu başlıca şərt hesab edir. Lakin Ermənistan həmin tələbi hələ ki, yerinə yetirməyib”.