Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi-VİDEO

Ərkivanda sevinc dolu gün – evi yanan ailəyə yeni ev hədiyyə edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin mayın 17-də Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində faciə baş vermişdi. Qısa qapanma nəticəsində Alışanovlara məxsus fərdi yaşayış evi tam yanaraq yararsız hala düşmüşdü. 5 nəfərdən ibarət aztəminatlı ailə bir anda ağır vəziyyətə düşərək yaşayış yerini itirmişdi.
Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və xeyirxah insanların dəstəyi ilə cəmi 6 ay ərzində ailə üçün müasir tələblərə cavab verən, 100 m² sahəsi olan 3 otaqlı yeni ev inşa olunub.
Bu gün — Zəfər Günü ərəfəsində — yeni ev Alışanovlar ailəsinə təhvil verilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Ərkivan Xeyriyyə Cəmiyyətinin rəhbərliyi, qəsəbə bələdiyyəsinin sədri və Ərazi Nümayəndəsi iştirak ediblər. Yeni evə baxış keçirilib, ailəyə bir sıra hədiyyələr təqdim olunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bu təşəbbüsə dəstək verən bütün xeyriyyəçilərə təşəkkürünü bildirib.
“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sosial həssas təbəqələrin rifahı daim diqqət mərkəzindədir.
Bu gün Ərkivanda göstərilən həmrəylik nümunəsi də dövlət–vətəndaş birliyinin bariz göstəricisidir,” – deyə icra başçısı bildirib.
Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov qeyd edib ki, bu ev xeyirxah insanların töhfəsi ilə ucaldılıb. Əmək göstərən, maddi və mənəvi dəstək verən bütün həmvətənlərimizə təşəkkürümü bildirirəm. Bizim üçün ən böyük mükafat bu gün bu ailənin sevincini görməkdir.
Qəsəbə sakini, ağsaqqal Aydın Nuraliyev bildirib ki, bizim gücümüz birliyimizdədir. Ərkivanlılar hər zaman bir-birinin dərdinə şərik olublar. Bu ev təkcə daşdan və betondan yox, həm də mərhəmətdən tikildi.
Yeni evin sahibəsi Laləzər Alışanova onlara dəstək olan bütün insanlara və dövlət qurumlarına ailələri adından minnətdarlığını bildirib.