Bu gün Milli Məclisin iclasında Əli Əsədovun baş nazir təyin edilməsi məsələsi müzakirə olunub. Deputatlar onun yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib. Parlamentin qərarından sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədov Baş nazir təyin olunub.
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında deputatlardan 1-i onun Baş nazir təyin edilməsinə razılıq verilməsinin əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb. Səsvermə gizli keçirildiyi üçün əleyhinə səs verən və bitərəf qalan deputatların kim olduğu məlum deyil.
Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən deputatlardan biri Erkin Qədirlidir.
“Erkin bəyin qərarın lehinə səs vermədiyi dəqiqdir. Lakin onun bitərəf yoxsa, əleyhinə səs verdiyini deyə bilmərəm”,- o deyib.
Məsələ ilə bağlı Erkin Qədirli ilə əlaqə saxlamaq istəsək də, buna nail ola bilmədik.
Qeyd edək ki, Erkin Qədirli bundan öncə də hökumətin bəzi təklilərində bitərəf qalıb.