Erkən seçki qərarı Makronun sonu oldu

Erkən seçki qərarı Makronun sonu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa mətbuatı iyunun 9-da Milli Məclisi buraxan prezident Emmanuel Makronun Avropa Parlamenti seçkilərində ifrat sağçıların böyük fərqlə birinci yeri tutmasından sonra növbədənkənar seçkilər təyin edərək öz sonunu gətirdiyini dəyərləndirib.

Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, Fransa seçkilərinin ilk turunun ilk nəticələri ifrat sağçı Milli Ralli (MN) partiyasının hər üç nəfərdən birinin səsini aldığını göstərsə də, Fransa mətbuatı Makronun parlamenti təkbaşına buraxma qərarının təsirlərinə toxunub.

Challenges jurnalının “2024-cü il ümumi seçkiləri: Kral Makronun səltənətinin sonu” başlıqlı xəbərdə Makronun Milli Məclisi buraxmaqla öz süqutuna səbəb olduğu qeyd edilib.

Xəbərdə Makronun keçmiş baş naziri Edouard Philippe, hazırkı İqtisadiyyat naziri Bruno Le Maire və daxili işlər naziri Gerald Darmaninin Makronun tənəzzülünü daha da sürətləndirdiyi ifadə edilib və əlavə edilib: “Bu ümumi seçkilər Makronizmin hakimiyyətinin sonunu göstərə bilər”.