backend

Ərizə qəbulunun vaxtı uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ali təhsil müəssisələrində qəbul imtahanlarında iştirak etmək istəyən insanlar aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər”. 

“Ali təhsil müəssisələrində qəbul imtahanlarında iştirak etmək istəyən insanlar aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər”.

TİA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, qeydiyyyatdan keçmək üçün abituriyentə təqdim edilən anket formasında onlara hansı imtahanda iştirak etməsi sualı verilir:

“Anket forması elədir ki, onlara birinci imtahanda iştirak edib-etməmələri barədə sual veriləcək. Birinci və ikinci imtahanda iştirak etmək istəyənlər, ümumilikdə imtahanda iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər. Bu saata qədər olan məlumata görə 22 mindən çox abituriyent sənəd verib, onlardan 403-ü ərizələrini təsdiqlədiblər”.

Məleykə Abbaszadə qeyd edib ki, magistratura üzrə isə 10650, rezidentura ilə əlaqədar 949 nəfər ərizələrini təsdiq edib.

“Magistratura və rezidentura üzrə ərizə verib və hələ təsdiqlətməyən kifayət qədər insan var. 2111 nəfər magistraturada, 900 nəfər rezidenturada ərizələrini təsdiqlətməyiblər. Bunu nəzərə alaraq bu gün bitməli olan magistratura və rezidentura üzrə sənəd qəbulunu martın 28-dək uzadırıq. Moskva Dövlət Universitetinə qəbul olmaq istəyənlər aprel-may ayında birinci imtahanda iştirak etməldirlər. Çünki onların iyun ayında öz daxili imtahanları olacaq”.