Əriyin orqanizmə faydaları – Ac qarnına 2 ədəd yeyinbackend

Əriyin orqanizmə faydaları – Ac qarnına 2 ədəd yeyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ac qarına 2 ədəd ərik yemək arıqlamağa kömək edir.

Tribunainfo.az orqanizmə faydalı olan əriyin xüsusiyyətlərini təqdim edir.

Ərik orqanizmə çox faydalı olan meyvələrdəndir. Ərik həzm sistemini tənzimləyir və bağırsaqları işlədir. Bu xüsusiyyəti ilə qəbizlik problemini aradan qaldırır. Ərik arıqlamaqda çox güclü silah sayılır.
Ərikdə çoxlu A, C, E və K vitaminləri var. Həmçinin, maqnezium, fosfor və kalium kimi minerallar da mövcuddur.
Əriyin kalorisi azdır. Bununla belə, yüksək qida dəyərinə malikdir. Həm təzə, həm də quru ərik istifadə edilə bilər.
Hər səhər 2 ərik və üzərinə bir stəkan su içmək həm qəbizliyin qarşısını alır, həm də qarındakı piyləri yandırır.
Səhərlər acqarına istifadə edəcəyiniz əriyin faydaları bununla məhdudlaşmır. Ərik arıqlamaq üçün əladır, 100 qramda cəmi 48 kalori var. Əriklər kalori yükünüzə və iştahanıza təsir etmədən sizi bir neçə saat tox saxlaya bilər. Aclıq və şirniyyat istəklərinin qarşısını alır. Həzmə xeyirdir. Mədə narahatlığını da qoruya bilər.
Ərikdə çoxlu lif var. Yüksək lif tərkibi qəbizlik və hətta bağırsaq xərçənginin qarşısını almağa kömək edir.
Bütün bu faydalar üçün səhər 2 ərik ilə günə başlamaq kifayətdir.
Ərikdə bol olan B17 vitamininin xərçəng hüceyrələrinin əmələ gəlməsinin və əmələ gələnlərin genişlənməsinin qarşısını aldığına dair ilkin araşdırmalar var. Üstəlik, onlar flavonoidlər adlanan bir qrup polifenol antioksidantla zəngindirlər. Bu da diabet və ürək xəstəliklərindən qoruyur.
Ərik həmçinin, göz sağlamlığını yaxşılaşdıra bilər. Ərikdə A və E vitaminləri də daxil olmaqla göz sağlamlığı üçün vacib olan bir çox birləşmələr var.
Bu meyvə qan təzyiqini normada saxlayır. Kalsium və fosfor kimi minerallar sümük sağlamlığı üçün vacibdir. Hətta ağız və diş sağlamlığına müsbət təsir göstərir.