“Ərinizdən yazılı icazə gətirin”- Qadınların işləmək üçün üzləşdiyi sərt qaydalarbackend

“Ərinizdən yazılı icazə gətirin”- Qadınların işləmək üçün üzləşdiyi sərt qaydalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İran gender əsaslı hüquqi əngəllərin ən çox mövcud olduğu ölkələrdən biridir. Son aylarda dərc edilən hesabata görə, ölkə qadınların işçi qüvvəsində iştirakı baxımından dünyada ən axırıncı yerlərdən birini tutur.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İranda təbii qaz mühəndisliyi üzrə magistr dərəcəsi alan Neda adlı xanım iş müsahibəsi zamanı ondan ərinin işləməyə icazə verməsiylə bağlı yazılı ərizə tələb edildiyini bildirib.
Nedanın yaşadıqları nadir hadisə deyil. İranda qanuna görə, qadınlar işləmək üçün ərlərindən icazə almalıdır. Bu isə qadınların əmək bazarına girərkən üzləşdiyi çoxsaylı hüquqi maneələrdən yalnız biridir.
Dünya Bankının bu il hazırladığı hesabatına görə, İran işçi qüvvəsində iştirak üçün gender əsaslı hüquqi maneələr baxımından ən pis vəziyyətə malik ölkələrdən biridir.
Bu vəziyyəti digər statistikalarda da görmək mümkündür.
Dünya İqtisadi Forumunun builki Qlobal Gender Fərqi hesabatına əsasən, İran tədqiqatda əhatə olunan 146 ölkə arasında qadınların işçi qüvvəsində iştirakının ən aşağı nisbətinə malikdir. 2023-cü ilin məlumatlarına görə, iranlı qadınlar universitet məzunlarının 50%-dən çoxunu, işçi qüvvəsinin isə yalnız 12%-ni təşkil edirlər.
Geniş yayılmış cinsi qısnama da iş mühitini qadınlar üçün dözülməz edir. Onların çoxu işdə ciddiyə alınmadıqlarını da bildiriblər.
Dünya Bankının keçmiş baş məsləhətçisi Nadire Camlo bir sıra hüquqi və mədəni maneələrin qadınları İranda işçikimi çalışmaqdan kənarda saxladığını bildirib. Onun sözlərinə görə, kişilərlə müqayisədə qadınların maaşında böyük fərq olur, onların iş karyerasında irəliləməsinə mane olurlar.
Bir çox şirkətlər isə qızların ərə gedəndən sonra onsuz da işləməsinə icazə verilməyəcəyini düşünüb onları işə götürmürlər.