Ərinin xəyanətindən danışdı

Ərinin xəyanətindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur modelyer Viktoriya Bekhem əri, ABŞ-nin “İnter Mayami” klubunun prezidenti Devid Bekhemin keçmiş köməkçisi Rebekka Lusla eşq macərası haqqında şayiələrə münasibət bildirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə 51 yaşlı dizayner “Call Her Daddy” podkastında qonaq olduğu zaman danışıb.

“Bilirsiniz, bu illər ərzində başımıza o qədər hadisələr gəlib. Amma bu yaxınlarda biz toyumuzun 26-cı ildönümünü qeyd etdik. Bir vaxtlar çoxları ailə həyatımızın uzunömürlü olmayacağını deyirdi. Biz isə birgə olduq və bütün fırtınalara dözə bildik”, – Viktoriya cütlüyün şayiələrlə necə mübarizə apardığı barədə sualı cavablandırarkən deyib.

Qeyd edək ki, daha əvvəl “Netflix”in “Beckham” adlı sənədli filminin rejissoru Fişer Stivens Devidin dolayı yolla Rebekka Lusla eşq macərası yaşadığını etiraf etdiyini bildirmişdi.

Dörd seriyalı filmdə nə Lusun adı, nə də “eşq macərası” ifadələri işlədilir, lakin Devid bunun “dəhşətli” hadisə olduğunu və hər gün özünü “pis” hiss etdiyini etiraf edir.

“Viktoriya mənim üçün hər şeydir. Onun əzab çəkdiyini görmək dözülməz idi”, – o serialda söyləyib.