Rusiyanın Leninqrad vilayətinin Tosno şəhərində 56 yaşlı qadın ərini öldürmək üçün “killer” sifariş edib.
Ailədə uzun müddət davam edən münaqişələr fonunda qadın ərindən intiqam almağa qərar verib və “killer” axtarmağa başlayıb. Lakin o, özünü icraçı kimi qələmə verən gizli polis əməkdaşı ilə rastlaşıb. Polis qadına 20 min rubl müqabilində “ərini aradan qaldırmaq” təklifi verib.
Qadın “killer”ə ərinin həyat tərzi və vərdişləri barədə məlumat verib. Tapşırığın “yerinə yetirildiyi” gündə isə onunla görüşə gəlib. Polis əməkdaşı qadına ərinin guya cəsədinin fotosunu göstərib və pulu alandan sonra qadın dərhal saxlanılıb.
Hazırda o, muzdla qətl sifarişi verməkdə və sifarişli qətl cəhdində ittiham olunur.