Türkiyənin ATV kanalında yayımlanan Esra Erolun aparıcılıq etdiyi verilişdə daha bir qalmaqal yaşanıb.
Tribunainfo.az haberler-ə istinadla xəbər verir ki, verilişə qatılan Neslihan adlı qadın 1 həftədir itkin düşən bacısı Cennet Solakı tapmaqda yardım istəyib.
4 ildir evli olan və 24 sentyabr axşamı yoxa çıxan Cennet günlər sonra video yayaraq ərinin ona xəyanət etdiyini və bu səbəbdən də evi tərk etdiyini dilə gətirib. O, videoda bacısı Neslihanı da biabır edib.
“Neslihan səni bağışlamayacağım, sən ərimə sinənin şəklini atmısan”, – Cennet deyib.
Bu sözlər studiyada şok effekti yaratsa da, qadının dedikləri daha çox diqqət çəkib. Belə ki, Neslihan özünə haqq qazandırmaq üçün deyib:
“Sinəmdə xəstəlik əmələ gəlmişdi, ona görə videolarını bacımın ərinə atdım ki, mütəxəssis dostuna göstərsin, səhv başa düşülmüşəm”.
Kişi də Neslihanın dediklərini təsdiqləyib.