“Ərimdən ayrılmaq istəmişəm, anam qoymayıb”

“Ərimdən ayrılmaq istəmişəm, anam qoymayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Qumral açıqlaması ilə diqqət çəkib.

Tribunainfo.az  xəbər verir ki, ailəsi ilə bağlı danışan sənətçi maraqlı etiraf edib.

“Ayın 22-si evliliyimizin 19 ili tamam oldu. Mən ağılsız qız olsaydım, ailəm qalmazdı. İndikilər bir az çətinlik görən kimi ailəni dağıdırlar. Dağıtmaq asan, qurmaq çətindir. O qədər gözəl xatirələr var. Ailəmizi hal-hazırda ikimiz də qoruyuruq, ancaq zamanında anamızın çox dəstəyi olub. Gənc vaxtı mənasız yerə çox söz-söhbətlər olurdu. Adi şeylər böyüyürdü. Ayrılmaq istədiyim məqamlar olurdu. İndi bir-birimizə güvənimiz daha çoxdur, hörmətimiz daha fərqlidir.

Qızımız 11-ci sinifdə oxuyur. Hazırda da ərim qısqanır. Səhnədəyəmsə, müəyyən şeylərə icazə verməlidir. Mən onun yanındayam. Əsas geyimlərdir, yaraşırsa, xoşlayıram hər şeyi geyinməyi”.

Milli.Az