Ərik qurusu qızıl qiymətinə – Nazirlikdən cəriməbackend

Ərik qurusu qızıl qiymətinə – Nazirlikdən cərimə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə quru əriklərin qram qızıl qiymətinə satılması Ticarət Nazirliyini hərəkətə keçirməyə sövq etdi.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Qapalı Çarşıda bir iş adamının kilosu 2680 lirəyə ərik qurusu satdığı müəyyən edilib.

Yoxlama nəticəsində məhsulların hesab-fakturasının olmadığı öyrənilib.

Nazirlikdən 1 milyon lirəyə qədər cərimə kəsiləcəyi bildirilib.