Əridilmiş yağın 3 orqana zərəri – AÇIQLANDIbackend

Əridilmiş yağın 3 orqana zərəri – AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əridilmiş kərə yağının ən faydalı olduğunu düşünənlər və yalnız bu yağdan istifadə edənlər 3 orqanı təhlükəyə ata bilər.
“Medicina” xəbər verir ki, həkim qastroenteroloq Sergey Vyalov doymuş yağlarla zəngin bu yağın niyə zərərli olduğunu açıqlayıb.
“İsidilmə, ərinmə, qaynadılma yolu ilə alınan yağ yağlılıq dərəcəsinə görə, hətta təmiz kərə yağını da keçir.
Satışda olan ərinmə yağlarda xolesterin miqdarı o qədər çoxdur ki, qaraciyər, ürək və mədəaltı vəz üçün təhlükə yaradır.
Əgər adi kərə yağının 100 qramında 20 mq xolesterin varsa, ərinmiş və ya QXİ yağda 25 mq xolesterin var. Eləcə də bu yağda zərərli doymuş yağ turşuları çoxdur.
Yağın isidilməsi faydalı maddələri – kalsium, fosfor, kaliumu azaldır, vitamin və mikroelementlər termik işlənmədən sonra intensiv məhv olur.
Xroniki xəstəlikləri olanlara bu yağ olmaz. Amma əridilmiş yağın az miqdarda istifadəsi faydalıdır.
Onda olan yağ turşusu qalın bağırsaq hüceyrələrini qidalandırır, hüceyrə membranını möhkəmləndirir, iltihab və şişlərə qarşı təsir edir”.