Həyat yoldaşı tanınmış həkim-onkoloq İbrahim Əsədli və onun sevgilisi tərəfindən döyülən həkim Aynur Əsədli baş vermiş olayla bağlı Aynur Qurbanqızına məktub yazıb. Məktubun mətnini A.Qurbanqızı uzun illərdir işlətdiyi Facebook-un “Xoşbəxt qadınlar klubu” səhifəsində yauımlayıb.
Həkim Aynur Əsədli yazdığı məktubda şiddətə məruz qalmasının səbəblərini açıqlayıb.
Tribunainfo.az həkimin məktubunu tədim edir:
“Məcbur olub açıqlama yazıram. Xəbər portallarına mənim ailə daxili problemimi yazanların Allah bəlasını versin. Xəbəri DİN mətbuat xidməti yayıb, çünki polisə müraciət etmişəm. Qaydaları belə imiş. Başqa cür ola bilməzdi, polisə deməli idim. Etməsəm, qadına qarşı şiddətə hə deyərdim, onda özümə hörmət etməzdim. Növbəti addımım yəqin ki boşanma olacaq. Heyif, çox Heyif…
Mənim ailəm həmişə nümunəvi olub. Ailəmdə sevgi və anlaşma olub. Vahabova Aynur isə əxlaqsızlıq nümunəsi, 1978, Quba sakini, 10 ilə yaxındır çalışır ailəmi dağıtsın. Onu yoldaşımı tanıyanlar da tanıyır. Həmişə ona deyiblər, uzaqlaşdır bu məxluqu. Qadın zatən psixi xəstə. Özünü mənə oxşatmağa çalışır, etdiyimi edir, rus dili öyrənir, maşın sürmək, saç rəngi və s. Savad yox, mənəviyyat yox, görkəm yox. Onda günah yoxdur. Günah ona üz verən mənə xəyanət edən yoldaşımdadır. Döz deyənlər bilsin. Çox şeyə dözür qadın. Amma qüruruna toxunana yox. Mən təsadüfən onun iş yerinə getdim, evə yaxındır. Onları intim vəziyyətdə gördüm. Ay məni qınayanlar, sizin reaksiya nə olardı?? Təbii ki, söydüm onları və yoldaşıma seç dedim. Qızmış “qadın” isə yumruqla üstümə gəldi, çünki adlarını dedim ona, cəmiyyətin tullantısı. İbrahim isə onu yola salmaq əvəzinə, mənim ağzımı tutdu, o isə mənə saldırdı. Biqeyrətliyin son həddi. Onda polis çağırdım, 35 dəq gəldi. 25-ci polis bölməsi də elə bizim həyətdədi. Mən söhbətin ailədən kənara çıxmasını istəməmişəm!
Onu da deyim ki kənardan heç kim yaxın durmadı. Cavan oğlanlar var idi məhəllədə. İki nəfərin birinə hücumunu görüb müdaxilə etmədi heç kim. Bax budur bizim cəmiyyət”.
Nigar