Tuba Büyüküstün və Onur Saylakın boşanma xəbəri təsdiq olunub.
Tuba Büyüküstün və Onur Saylakın boşanma xəbəri təsdiq olunub.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Cəsur və Gözəl” serialında baş rolu oynayan Tuba Büyüküstün və “Vətənim Sənsin” də rol alan Onur Saylak aralarındakı problemləri həll edə bilmədiyi üçün evliliklərini bitirməyə qərar verib. Məşhur cütlük rəsmi şəkildə boşanmaq üçün artıq vəkillərinə etibarnamə verib. İddialara görə, cütlüyün ayrılmasına səbəb hər ikisinin bütün vaxtını işlərinə həsr etməsi olub. Hər iki ulduz eyni vaxta seriallarda çəkildiyi üçün münasibətləri gərginləşib.
Xatırladaq ki, Onurla Tuba “Gönülçelen” serialında tanış olub. 2011-ci ildə isə Parisdə hər kəsdən gizli şəkildə evləniblər. Cütlüyün Toprak və Maya adında əkiz qızları var. Yeri gəlmişkən onu da qeyd edək ki, Tuba Onurla rəsmi şəkildə evlənməzdən əvvəl hamilə qalıb.