Ərəb qadınlarının gözəllik sirri – Bunun sayəsində qüsursuz görünürlərbackend

Ərəb qadınlarının gözəllik sirri – Bunun sayəsində qüsursuz görünürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qüsursuz dəri, qalın və ipək kimi saçlar – əsrlər boyu şərq qadınları öz incə gözəlliyi ilə hər kəsi heyran qoyub. Teleqraf.com xəbər verir ki, onların gəncliyini və cəlbediciliyini qoruyub saxlamağa kömək edən bir sıra öz gözəllik ritualları var.

Bunlardan birincisi təbii saç boyasından istifadə etmələridir. Əksər ərəb qadınları kimyəvi boyalara kifayət qədər şübhə ilə yanaşır, xına və basma üsuluna üstünlük verirlər. Təbii boyaları qarışdırmaqla müxtəlif rənglərə, çalarlara nail olurlar. Təbii boyaların müntəzəm istifadəsi saçların uzanmasına kömək edir. Onlar dırnaq boyasından da istifadə etmirlər. Ərəb qadınları dırnaqlarını xına ilə rəngləyir və ya Mehandi dizaynı edilər.

Ərəb qadınları göz sürməsi olaraq kohl adlı xüsusi maddədən istifadə edirlər. Keçmişdə göz ətrafındakı qaranlıq bölgənin onları günəşin zərərli şüalarından qoruduğuna inanılırdı. Lakin ərəb qadınları gözəlliklərini vurğulamaq üçün də bundan istifadə edirlər. Müasir kohl təbii tərkib hissəsi olan ağac qatranından hazırlanır.